Trailerə Bax
Ekran Tarixi
Suğra və oğulları cəsur qadının mübarizəsindən bəhs edir. O, iki oğlu ilə dağ kəndində yaşayır və onlardan biri rus silahlı qüvvələri tərəfindən öldürülür. O, rus ordusuna və avtoritarizminə qarşı acizdir. Bununla belə, cəsarət və qürurunu qoruyur.
Rollarda | Hümbət Əhmədzadə, İlqar Cahangir, Paşa Məmmədli, Günəş Mehdizadə, Rasim Cəfər, Aydan Həsənzadə, Səmimi Fərhad, Qurban İsmayılov, Xalidə Quliyeva, Elşad Ələsgərov, Yaroslav Trifonov, Rizvan Ələsgərov |
Rejissor | İlqar Nəcəf |
Prodüser | İlqar Nəcəf, Orman Əliyev, Ayhan Salar |
Ssenari | Asif Rüstəmov, Roelof Jan Minneboo, İlqar Nəcəf |
Görüntü Rejissoru | Ayhan Salar |
Quruluşcu Rəssam | Rövşən Mehdiyev |
Bəstəkar | Firudin Allahverdi |
Həmmüəllif | Guillaume De Seille |
Ərsəyə Gətirdi | Buta Film, Baku Media Center, Salar Film, Arizona Productions |
Ilqar Nəcəf, Guillaume de Seille
Ən yaxşı Ssenari
Window on Asian Cinema
Ən yaxşı Film
İkinci dünya müharibəsi. Film hərbi general və ya əsgər haqqında deyil. Adi bir qadın olan Suğranın yaşadıqlarıdır. Filmə daxil olan bütün hadisələr, mənim qohum və tanışlarımın hekayələridir. Bu səbəbdən, film mənim üçün böyük əhəmiyyət kəsb edir. Suğra, iki oğlu ilə dağ kəndində yaşayır. Onun həyat yoldaşı müharibədədir və ondan heç bir xəbər yoxdur.
Böyük oğlu müharibəyə çağırılanda yoldaşını itirdiyi kimi, oğlunu da itirməkdən qorxan Suğra çətin bir seçim qarşısında qalır. Və o, öz oğlunu, bu rejimə qarşı olan qaçaqların gizləndiyi dağlara göndərir. Yerli hökumət təmsilçisi Barat bunu bilir və bundan istifadə etməyə çalışır. Suğra müharibə və imperializmin ağırlaşdırılmış təhdidləri ilə üz-üzə qalır. Rejim kəndə əsgərlərini göndərir. Oğlunun cansız bədəni ilə üzləşdirilən Suğra, kiçik oğlunu və özünü qorumaq üçün cəsədi tanımazlıqdan gəlir. Əks təqdirdə, onu və uşağını sürgün edəcəklər.